ictimai Palatanın mitinqi təxirə salındı

img

04-05-2012 [05:25]


İctimai Palata mayın 6-na təyin etdiyi mitinqini təxirə salıb. Bu barədə Müsavat Partiyasından verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti mitinqə münasib yer ayırmadığı üçün İctimai Palata mayın 6-a təyin etdiyi mitinqdən imtina edib. Qeyd edək ki, İctimai Palata mayın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirmək haqda qərar qəbul edib. Xatırladaq ki, İctimai Palata 6 may mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətindən ?İnqilab?, ?Təbriz? kinoteatrlarının qarşısında və Nərimanov rayonunun Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə ?Nərimanov? parkınadək olan yerləri istəsə də Meriya müxalifətə yenə Səbail rayonu ərazisində, 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin meydançasında keçirilməsini təklif edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA