TQDK rayonlarda sınaq imtahanları keçirib

img

07-05-2012 [11:47]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK)rayonlarda sınaq imtahanları keçirib.TQDK mətbuat xidmətindən verilən məlumata görə, abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına, onlarda imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyələrinin real qiymətləndirilməsinə kömək məqsədilə 2012-ci il mayın mayın 6-da respublikanın 29 şəhərində sınaq imtahanı keçirlib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Göygöl, Qazax, Şamaxı, Mingəçevir, Şəki, Qax, Oğuz, Bərdə, Ağcabədi, Göyçay, Ucar, Şirvan, Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Quba, Xaçmaz, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında, ümumilikdə 47 ada təşkil olunub. İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə saxlanmışdır. Bütün binalarda abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılb. Nəticələrin həftə ərzində Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR