"Barselona" darmadağın etdi, amma "Real" çempion oldu

img

03-05-2012 [10:12]


İspaniya La Liqasında 36-cı tura yekun vurulub. Bu tur evdə "Real" (Sosyedad) klubu ilə qarşılaşan "Atletiko" (Madrid) komandası xal itkisi ilə üzləşib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk edib - 1:1. Doğma meydanda "Osasuna"nı qəbul edən "Valensiya" rəqibini darmadağın edib. Bu oyunda 4:0 hesabı ilə qələbə qazanan "yarasalar" xalını 58-ə yüksəldib. "Barselona" da turu qələbə ilə başa vurub. Öz meydanında "Malaqa" ilə qarşılaşan Kataloniya təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib. Amma bu qələbə "Barsa"ya çempionluq yarışını davam etdirməyə yetməyib. Belə ki, Madridin "Real" klubu bu tur növbəti çempionluğunu rəsmiləşdirib. Səfərdə "Atletik" (Bilbao) klubunun qonağı olan "Real" rəqibinə 3:0 hesabı ilə qalib gələrək sona 2 tur qalmış çempionluğu bayram edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA