"Beziktaz" daha bir baz məzqçisini qovduı

img

21-05-2012 [01:07]


Türkiyənin "Beşiktaş" klubu növbəti dəfə baş məşqçisini istefaya göndərib. Türkiyə mətbuatının məlumatına görə, ötən gün baş məşqçi Tayfur Havutçu ilə görüş keçirən rəhbərlik gənc mütəxəssislə müqaviləni qarşılıqlı olaraq ləğv edib. Xatırladaq ki, 2010-2011 mövsümünün son dönəmində baş məşqçi Bernd Şusterin istefasından sonra komandanın sükanı arxasına keçən Havutçu iyulun 3-də danışılmış oyunlarla əlaqədar olaraq şübhəli şəxs qismində saxlanılmışdı. 5 aylıq həbsdən sonra isə Havutçu komandada baş koordinator vəzifəsinə təyin edilmişdi. Cari mövsümün sonlarında Karlos Karvalhalın istefasından sonra isə Havutçu yenidən "Beşiktaş"ın baş məşqçi postuna qaytarılmışdı. Lakin komandanın Superliqanın final mərhələsindəki uğursuz çıxışdan narazı qalan rəhbərlik Havutçu ilə yolları ayırmaq qərarına gəlib. Qeyd edək ki, Havutçunun rəhbərlik etdiyi "Beşiktaş" klubu cari mövsümü 4-cü pillədə başa vuru

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA