Qərbi Azərbaycanlılar yenə MMP-də toplandılar

img

02-05-2012 [03:12]


Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında MMP sədri Hafiz Haciyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı və iş adamları ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və Qərbi Azərbaycanlılara hakimiyyət tərəfindən olan biganəlik, basqılar, o cümlədən 1988-ci ildə həmin regiondan zorla qovulmuş insanların qaçqınlıq statusunun şüurlu şəkildə ləğv edilməsi müzakirə mövzusu olunub. Toplantıda Qərbi Azərbaycandan olan ziyalıların tələbi ilə yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan həmin regiondan deportasiya olunanların ümumrespublika toplantısının keçirilməsində Müasir Müsavat Partiyasının bütün imkanlarından istifadə etməsi xahiş olunub. Qeyd edək ki, MMP sədri Hafiz Haciyev ziyalıların bu xahişini dəyərləndirdiyini deyib və həmin müşavirənin keçirilməsi üçün əslən Qərbi Azərbaycandan olan siyasi xadimlərlə və müəyyən təşkilatlarla məsləhətləşmələr apardıqdan sonra onlara cavab verəcəyini söz verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA