MMP rayon təzkilatlarında yoxlamalara bazlayıb

img

26-04-2012 [05:43]


Müasir Müsavat Partiyasının (MMP) İdarə Heyətinin aprelin 13-də keçirilən toplantısında verilən 46 saylı qərarın icrasına başlanılıb. MMP-nın mətbuat xidmətindən MİA-ya daxil olan xəbərə görə, əlavə olaraq sonuncu parlament seçkilərindən sonra partiya daxilində hələki mövcud olan narazılıqları da aradan qaldırmaq üçün rəhbərlik MMP rayon təşkilatlarında ciddi monitorinqlərə başlayıb. MMP-nin mətbuat xidmətinin məlumatında deyilir ki, yaranmış vəziyyət partiya üzvlərini olduqca narahat edir. Siyasi Şura üzvlərinin müraciəti ilə partiyada yaxın aylarda keçirilməsi nəzərdə tutulan qurultaya qədər partiya üzvlərini narahat edən məsələlərə son qoymaq qərarlaşdırılıb. Artıq qurultayla bağlı konfranslara da start verilib. Bunun üçün xeyli vaxtdır partiyada ciddi hazırlıq işləri görülür. Dəfələrlə toplanan MMP İdarə Heyətinin və rayon təşkilatlarının fəalları qurultayın işinin və partiyanın gələcək fəaliyyət planının işlənib hazırlanması üçün müzakirələr aparıblar. Müzakirələrdə zaman-zaman fikir ayrılıqları olsa da, ziyalıların və ağsaqqalların təklifləri və təhrikləri ilə ortaq məxrəcə gəlinib. Qurultayın keçirilməsi ilə bağlı ənənəvi olaraq yaradılan işçi qrupu Bakı şəhər və rayon təşkilatlarında konfransların keçirilməsi üçün hazırlıq işlərini artıq başa vurub. Qurultayqabağı konfranslardan əvvəl MMP rəhbərliyi rayon təşkilatında monitorinq keçirilməsini məqsədəuyğun hesab edib. İlk toplantı partiyanın Binəqədi rayon təşkilatında baş tutub. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, bugünkü toplantıda MMP sədri Hafiz Hacıyev və İdarə Heyətinin digər üzvləri iştirak ediblər. Toplantıda çıxış edən partiya sədri təşkilat üzvlərinə get-gedə gərginləşən siyasi durumlara qarşı hazırlıqlı olmağı və onlara verilən tapşırıqlara əməl etmələrini tövsiyə edib. Toplantı heç bir narazılıq olmadan başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA