ADP idarə Heyətinin toplantısı keçirilib

img

30-04-2012 [05:10]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri Suriyada hər gün onlarla insan həyatını sona yetirən qanlı olaylardan bir daha ciddi narahat olduğunu bildirib və humanitar fəlakətin acılarını yaşayan, diktatura zorakılıqlarının qurbanına çevrilən bu ölkədə hadisələrin normal məcraya düşməsi üçün beynəlxalq intervensiyanının qaçılmaz olduğunu diqqətə çatdırıb. İdarə Heyəti üzvləri "AMNESTY İNTERNATİONAl" beynəlxalq insan haqları təşkilatının Avropa ölkələrində müsəlmanlara qarşı yürüdülən ayrı seçkilikləri, müsəlman ayinlərinə, qadın hicabına qarşı tətbiq edilən zorakı hərəkətləri pisləyən bəyanatla çıxış etməsini alqışlayıb və bu hərəkətlərin qərbin özünün dünyada yaymaq istədiyi ali dəyərlərə zidd olduğunu onların diqqətinə çatdırıb. Müsəlman xalqların Avropaya köçünün arxasında qərbin həmin ölkələrdə demokratik mübarizə aparan insanlara dəstək olmamasının və avtoritar rejimlərin möhkəmlənməsinə münbit şərait yaradılmasının əsas faktor olaraq durduğunu bildirən partiya yetkililəri Avropaya məcburi köç edən müsəlman xalqlarına qarşı ayrı-seçkiliklərə son qoyulmasını və onların öz vətənlərində azad və firavan yaşaması naminə həmin ölkələrin diktatura rejimlərinin aradan qaldırılmasını təmin edən təcili addımlar atmağa çağırıb. Fransada keçirilən prezident seçkiləri zamanı prezidentliyə namizəd olan şəxslərin qondarma erməni soyqırımı günü münasibəti ilə düzənlənən tədbirlərdə simvolik məzarlar üzərinə gül qoymasını pisləyib və bu cür jestlərin arxasında Fransanın ermənipərəst mövqeyinin və türk dünyasına qarşı mənfi münasibətinin durduğunu bildiriblər. İdarə Heyəti Qəbələ RLS-in icarə müddətinin uzadılması və bu hərbi obyektin saxlanılmasını nəzərdə tutan icarə haqqının artıırlması məsələsinin yenidən gündəmə gəlməsinə münasibət bildirib və Azərbaycan tərəfinin icarə haqqının 300 milyon ABŞ dolları dəyərinə qaldırılması və bu obyektdən strateji partnyorlaınmıza qarşı istifadə edilməməsi ilə bağlı irəli sürdüyü şərtlərin istər ekoloji, istərsə də təhlükəsizlik baxımından təqdirə layiq olduğunu diqqətə çatdırb. İddarə Heyəti son günlər Almaniyanın rəsmi mətbuatında Azərbaycanda yaşanan anti demokratik proseslərin geniş işıqlandırılması fonunda Almaniya və Azərbaycan arasında yaşanan gərginliklərdən narahat olduğunu bildirib və hakimiyyəti Avropa evinin sahiblərindən biri olan nüfuzlu bir ölkəyə qarşı çirkin kampaniyalara son qoymağa və demokratik islahatlar barədə irəli sürülən nöqsanların aradan qaldırılması istiqamətində ciddi adımlar atmağa çağırıb. İdarə Heyrəti Nəqliyyat Naziri Z.Məmmədovun ?Şöhrət? ordeni ilə təltif edilməsini pisləyən bəyanatla çıxış edib və korrupsiya və rüşvətxorluqda adı daha çox hallandırılan, yarıtmaz fəaliyyəti ölkə büdcəsinin dağıdılmasına şərait yaradan, qoçu dəstələri ilə yüzlərlə vətəndaşa zorakılıq göstərməyin nümunəsini oratya qoyan bir şəxsə xidmətləri ilə uyğun gəlməyən ?şöhrət? ordeninin verilməsini məqsədə uyğun hesab etməyib. İdarə Heyəti son vaxtlar bir qrup dövlət yetkilisi və milli məclisin deputatları tərəfindən müxalif düşərgəyə, qeyri-hökumət təşkilatları nümayəndələrinə və konkret olaraq deputat Qalib Salahzadənin QHT rəhbəri N.Cəfəroğluna təhqirlər, hədyanlar yağdırmasını qətiyyətlə pisləyib və Milli Məclisin sədri O.Əsədovdan intizam komissiyasında onun işinə baxılmasını tələb edib. İclasın sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA