"Qarabağ" Bloku sakit aksiya keçirdi

img

08-05-2012 [10:37]


gn=left]qarabag-blok-mitinq.jpg[/libt] Bu gün Ümid Partiyasının mərkəzi qərargahında Şuşanın işğal olunmasının 20-illiyilə əlaqədar anım tədbiri keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, öncə Şuşa uğrunda gedən döyüşlərdə və bütövlükdə Qarabağ savaşında şəhid olanların xətirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edilib. Toplantıda ADP-nin sədri Sərdar Cəlaloğlu, Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə, Ümid Partiyası sədrinin müavinləri Rəfail Tağızadə və Səməd Hətəmov, ADP rəhbərliyindən Nürəddin İsmayılov çıxış ediblər. Qarabağ probleminin həll edilməsi istiqamətində hazırki iqtidarın apardığı siyasəti kəskin tənqid edən çıxışçılar bu ümummilli problemi xalqın iradəsilə formalaşan hakimiyyətin həll edəcəyini vurğulayıblar. Xalqımiza bu hüzünlü işğal tarixləri əvəzinə bütövlükdə Qarabağın işqaldan azad edilməsini -qələbə günü kimi qeyd etməyi arzulayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA