ALP-dən "Eurovision"la bağlı təklif

img

28-04-2012 [02:04]


"Ermənistan təcavüzü nəticəsində işğal edilmiş Dağlıq Qarabağda və ətraf rayonlarda erməni şovinistləri tərəfindən 100-minlərlə soydaşımız doğma yurdundan didərgin düşmüş, yüzlərlə mədəniyyət abidəsi məhv edilmiş, Azərbaycan vətəndaşlarına və dövlətinə 60 milyard dollardan çox miqdarda zərər dəymişdir". Bu fikirlər Azərbaycan Liberal Partiyasının bəyanatında yer alıb. Bəyanatda deyilir ki, zərər dəymiş abidələr arasında Azərbaycan mədəniyyətinin korifeyləri Üzeyir bəy Hacıbəyovun, şairə Natəvanın və dünya şöhrətli müğənni Bülübülün də heykəlləri var. Azərbaycan Liberal Partiyası hesab edir ki, bu yaxınlarda Bakıda keçiriləcək "Avroviziya" musiqi yarışlarından əvvəl bütün dünya ictimaiyyətinə erməni şovinistlərinin törətdiyi vəhşiliklərinin çatdırılması üçün hərtərəfli tədbirlər görülməlidir. Ü.Hacıbəyovun, Natəvanın və Bülbülün heykəllərinin erməni hərbşiləri tərəfindən güllənməsinin dünya ictimaiyyətinə çatdırılması bu mənada böyük əhəmiyyət daşıyır. ALP bu məqsədlə Mədəniyyət Nazirliyini və Bakı şəhər icra hakimiyyətini həmin heykəlləri təcilli olaraq Bakı şəhərinin Fəvvarələr meydanında yerləşdirməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA