ALP: ?Bu, siyasi repressiyadan bazqa bir zey deyil?

img

05-05-2012 [10:50]


Azərbaycan Liberal Partiyası ?Kür? Cəmiyyətinin sədri Oqtay Gülalıyevin həbsi ilə bağlı bəyanat verib. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda deyilir ki, ?Kür? Cəmiyyətinin sədri Oqtay Gülalıyev Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən şərlənərək həbs edilib: ?Aldığımız məlumatlara görə, Oqtay Gülalıyev saxlanıldığı istintaq təcridxanasında təhdidlərə məruz qalıb. Ciddi xəstə olduğu halda etibar etdiyi həkim tərəfindən müayinə olunmasına maneçilik törədilib və əməliyyat aparılmasına imkan verilmir?. ALP hesab edir ki, Oqtay Gülalıyevin həbs edilməsi Azərbaycan Kostitusiyasının, qanunvericiliyinin kobud surətdə tapdanmasıdır və bu siyasi repressiyadan başqa bir şey deyil: ?Oqtay Gülalıyevin həbs edilməsi onun seldən zərərçəkənlərin hüquqlarını müdafiə etməsi ilə bağlıdır. Ona görə də ALP Oqtay Gülaliyevin həbsini qətiyyətlə pisləyir və onun dərhal azad olunmasını tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA