"Alman mazın"ı daha bir ispan nəhəngini azırdı

img

26-04-2012 [09:55]


Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti son cavab oyunu keçirilib. Madridin "Real" klubu öz meydanında "Bavariya"nı qəbul edib. Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan "Real" doğma meydanda həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb. İlk hissədə 2 qol vuran "Real" ardından qapısında top görüb. Fasilədən sonra da qapılara top vurulmadığından oyunda əlavə hissəyə ehtiyac duyulub. Burada da heç bir komanda fərqlənə bilməyib və oyun penaltilər seriyasına qədər uzanıb. Bu seriyada daha dəqiq oynayan "Bavariya" finala yüksələn ikinci komanda olub - 3:1. Qeyd edək ki, dünən baş tutan ilk yarımfinal matçında "Çelsi" səfərdə "Barselona" ilə 2:2-lik bərabərə qalaraq adını finala yazdırıb. Londonda baş tutan ilk görüşdə "Çelsi" "Barselona"nı 1:0 hesabı ilə üstələdiyindən finala vəsiqə qazanan tərəf məhz ingilis təmsilçisi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA