Fuad Əliyev ABŞ-a səfərini müzakirəyə çıxarıb

img

25-04-2012 [04:21]


Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) ALDP sədri Fuad Əliyevin rəhbərliyi ilə Sədr Aparatının növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi durum, ALDP sədrinin ABŞ-a planlaşdırılan səfəri və cari məsələlər müzakirə olunub. İclasda ALDP sədri Fuad Əliyev aprelin 26-da ABŞ-a nəzərdə tutulan görüşlər barəsində toplantı iştirakçılarına məlumat verdi. ALDP sədri Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) həmtəsisçi olan ACP lideri Rəsul Quliyev və ABŞ Dövlət Departamentində, Senatda, Konqresdə görüşlərinin nəzərdə tutulduğunu bildirdi. Fuad Əliyev görüşlərdə Azərbaycandakı siyasi vəziyyət, Seçki Məcəlləsinə edilən dəyişikliklər, insan haqqları, söz azadlığı və 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı müzakirələrin aparılacaqını qeyd etdi: ?Bu görüşlərin müsbət nəticə verəcəyinə ümidəm?. Daha sonra iclasda DCUMH 24 iyun 2012-ci ildə keçiriləcək mitinq-yürüşlə bağlı ALDP-nin iştirakı müzakirə olunub və hazırlıqla bağlı tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA