Asim Mollazadə ABŞ Konqresində çıxız edib

img

03-05-2012 [05:45]


Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin ABŞ səfəri davam edir. Millət vəkili Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində bir sıra maraqlı görüşlər keçirib və öz fikirlərini ABŞ ictimaiyyətinin, qanunverici orqanların nümayəndələrilə bölüşüb. Demokratik İslahatlar Partiyası Mətbuat Xidmətindən verilən məlumata görə, Asim Mollazadə Konqresdə ABŞ-Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmus ziyafətdə çıxış edib. Millət vəkili çıxışı zamanı ölkəmizin tarixi, istinad etdiyi dəyərlər, ABŞ-la müttəfiqlik və tərəfdaşlıq münasibətləri ilə bağlı ətraflı məlumat verib. Asim Mollazadə həmçinin İllinoys ştatına səfər edib və ştatın Konqresinin spikeri Maykl Madiganla görüşüb. Spikerlə görüşdə millət vəkili Azərbaycan barədə ətraflı məlumat verib. Ona bildirib ki, ölkələrimiz arasındakı diplomatik münasibətlər qurulandan sonra keçən 20 il ərzində Azərbaycan ABŞ üçün təhlükəsizlik, enerji və bir sıra digər önəmli məsələlərdə müttəfiqə çevrilib. Asim Mollazadə yaxından tanışlıq üçün Madiganı Azərbaycana dəvət edib. Millət vəkili İllinoys ştatının Senat və Konqresində də çıxışlar edib. Bu zaman Azərbaycanla, ölkələrimiz arasındakı münasibətlərin səviyyəsilə, Azərbaycanın inkişaf strategiyası ilə bağlı ətraflı məlumat verib. O, həmçinin Konqresin xarici əlaqələr, ticarət və iqtisadiyyat komitəsinin toplantısında da çıxış edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA