ictimai Palatanın mitinqinə maneələr yaradılır

img

22-04-2012 [04:31]


Ictimai Palatanın bu günə təyin etdiyi mitinqin başlanma vaxtından 20 dəqiqə keçsə də, mitinq hələ başlamayıb. Bu barədə əməkdaşlarımız xəbər veriblər. Onların sözlərinə görə, buna səbəb polislərin, Nəqliyyat Nazirliyinin və digər adminstraiv strukturların yaratdığı maneələridir. Mitinq keçirilən meydana minlərlə iştirakçı yığılıb. Hamı liderlərin, mitinqin aparıcılarının gəlib çıxmasını gözləyir. Çoxlu sayda jurnalist var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA