AXCP döyülən jurnalistlə bağlı bəyanat verdi

img

18-04-2012 [06:16]


Bu gün Azərbaycan Xalq Cəhbəsi Partiyası (AXCP) jurnalist İdrak Abbasovun döyülməsi ilə bağlı bəyanat verib. AXCP-nin mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, bəyanatda peşə borcunu yerinə yetirərkən Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşlarının fiziki zorkılığı ilə üzləşən və xəstaxanaya yerləşdirilən jurnalist İdrak Abbasovun durumu ilə bağlı AXCP ciddi narahatlıq keçirdiyi bildirilib: ?AXCP dövlətin səlahiyyət verdiyi şəxslərin jurnalist İ. Abbasova qarşı vəhşi davanışını təsadüfü hal saymayıb, bunu avtoritar rejimin tənqidçi mediaya qarşı susdurma planının tərbik hissəsi kimi dəyərləndirir. Söz və mətbuat azadlığının təminatı ilə bağlı üzərinə öhdəliklər götürən Azərbaycan hakimiyyətinin jurnalistlərlə zorakılıqla davranışı şiddətlə pisləyən AXCP bu siyasətdə əsaslı dəyişiklik etməyi ölkə rəhbərliyindən tələb edir. AXCP bəyan edir ki, İdrak Abbasova qarşı edilən vəhşiliyin dövlət siyasətinin tərkin hissəsi olmağını təkzib etmək üçün hüquq-mühafizə orqanları təcili tədbir görərək, zorakılıq edənləri, onları təlimatlandıranlar cəzalandırmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA