YAP-ın yeni hədəfi: "üzvlərin sayı 600 min nəfərə çatacaq"

img

21-04-2012 [05:08]


Aprelin 21-də Yeni Azərbaycan Partiyası rayon və şəhər təşklatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov belə tədbirlərin ənənəvi xarakter aldığını və müxtəlif məsələlərin geniş müzakirə olunduğunu bildirib. Əli Əhmədov qeyd edib ki, Milli Məclis tərəfindən "Siyasi partiyalar haqqında" Qanuna edilmiş dəyişikliklərlə əlaqədar YAP-ın və onun yerli sturkturları qarşısında mühüm vəzifələr dayanır. Onun sözlərinə görə, bu vəzifələrə uyğun fəaliyyət strategiyası müəyyənləşdirlməlidir. Azərbaycanın dinamik inkişaf etdiyini, ölkədə uğurlu islahatların aparıldığını deyən Əli Əhmədov bu prosesin bütün sahələri əhatə etdiyini vurğulayıb. YAP sədrinin müavini deyib ki, bu gün YAP sıralarında 560 mindən çox insan birləşib: "Bu reallıqlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə partiyamızın üzvlərinin sayı 600 min nəfərə çatacaq". Bununla belə, Əli Əhmədov vurğulayıb ki, Azərbaycanın uğurlarına, inkişafına sevinməyən xarici qüvvələr də var. Onun sözlərinə görə, bu qüvvələrə ölkəmizin daxilində dəstək verən dairələr də mövcuddur. Əli Əhmədov həmin qüvvələrin anti-Azərbaycan fəaliyyətinin xalq tərəfindən qətiyyətlə pislənildiyini diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA