Müsavatda 22 aprel mitinqinə hazırlıq müzakirə edilib

img

16-04-2012 [05:45]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Müsavat Partiyasının Salyan və Siyəzən rayonlarında keçirilən zona müşavirələri haqqında məlumatlar dinlənilib və müsbət qiymətləndirilib. Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. İctimai Palatanın bölgələrdə keçirilən təsis yığıncaqları barəsində məlumatlar dinlənilib. Toplantıda İctimai Palatanın 22 aprel mitinqinə hazırlıqla bağlı məsələlər geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Divan siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı parlamentdə müzakirəyə çıxarılan qanun layihəsi ilə bağlı 5 partiyanın dünən qəbul etdiyi bəyanatı da müsbət qiymətləndirib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA