"Bavariya"dan "Real"a son dəqiqə zərbəsi

img

18-04-2012 [09:42]


Dünən Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyun günündə Almaniyanın yeganə təmsilçisi "Bavariya" klubu öz meydanında "Real" (Madrid) komandasını qəbul edib. Səfər matçına rahat yollanmaq üçün Münhen təmsilçisini bu görüşdə yalnız qələbə razı sala bilərdi ki, almanlar da bunu bacarıb. 17-ci dəqiqəjə fransız Riberinin vurduğu qola fasilədən sonra, 53-cü dəqiqədə ?Real?ın türk ulduzu Məsut Özül cavab verib- 1:1. Matçın bu hesabla başa çatacağını düşünənlər isə yanılıb. ?Bavariya?nın son mövsümdəki qol silahı Qomez rəqibi evə əliboş göndərməyi bacarıb - 2:1. "Bavariya" Madridə minimal üstünlüklə yollanacaq. Qeyd edək ki, digər yarımfinal oyunu isə bu gün keçiriləcək. "Çelsi" klubu öz meydanında "Barselona" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23.45-də baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA