"Fənərbaxça" rəqibini penaltilərlə yendi

img

12-04-2012 [11:27]


Türkiyə kubokunda 1/4 final mərhələsinin növbəti oyunları çərçivəsində doğma azarkeşləri önündə "Kayserispor"u qəbul edən "Fənərbaxça" çətinliklə də olsa, yarımfinala adlayıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "sarı lacivərdlilər" ikinci hissənin başlaması ilə qapılarında ikinci qolu da görüblər. Amma cəmi iki dəqiqə sonra ?Fənər? bu qoldan birinin əvəzini çıxıb. Matçın sonuna əlavə edilmiş 3 dəqiqənin axır saniyələrində isə ?Kayserispor? Musa Souya mane ola bilməyiblər ? 2:2. Matça əlavə edilmiş 30 dəqiqə ərzində qapılarda qol olmayınca, yarımfinalçının adı penaltilərlə müəyyənləşib və ?Fənərbaxça? rəqibni 5-4 yenərək növbəti mərhələyə adlayıb. Qeyd edək ki, 1/4 final mərhələsindəki "Karabükspor" - "Boluspor" və "Sivasspor" - "Bursaspor" qarşılaşmaları bu axşam oynanılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA