?Qarabağ? blokunun hakimiyyətdən narazılığı var

img

11-04-2012 [03:32]


Bu gün ?Qarabağ? blokunun növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr müzakirə predmeti olub. ?Qarabağ? bloku hesab edib ki, artıq Suriyadakı vəziyyət humanitar fəlakət həddinə çatdığından beynəlxalq hüquq bu ölkəyə hərbi müdaxiləni qaçılmaz edir. Eyni zamanda Suriya rejimini dəstəkləyən Rusiya, Çin və İran kimi dövlətlərin də bu ölkədə yaşanan insanlıq fəlakətlərində məsuliyyət daşıdığını bildirib. ?Qarabağ? bloku MTN-nin Gəncə şəhərində və ölkənin bir neçə regionunda keçirdiyi əməliyyatlar nəticəsində terrorçu qruplaşmaların zərərsizləşdirilməsi məsələsini də müzakirə edib. Blok hesab edir ki, son aylar Azərbaycanda terrorçu qruplaşmalarının zərərsizləşdirilməsi bir daha sübut edir ki, ölkədə heç də hakimiyyət orqanlarının dönə-dönə bəyan etdiyi kimi ?kriminogen durum tam nəzarət altındadır? kimi deyil, əksinə zaman-zaman Qərb dövlətlərinin kəşfiyyat orqanlarının dediyi kimi ölkədə terror riski böyükdür. ?Qarabağ? bloku ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin saxta və qondarma ittihamla həbs olunması və ona işgəncə verilməsi faktıni qətiyyətlə pisləyib. ?Qarabağ? bloku İctimai Palatanın 8 aprel mitinqi ilə bağlı da müzakirələr aparıb və bu aksiyanın nəticələrini müsbət dəyərləndirib. Eyni zamanda, hakimiyyətin kütləvi aksiyalara Bakı şəhərinin mərkəzi meydanlarda deyil, şəhərdən ucqar yerlərdə - insanların həmin yerlərə asan gedə bilmədiyi və aksiyaları daha az əhalinin izləyə biləcəyi yerlərdə şərait yaratmasını hakimiyyətin sərbəst toplaşmaq azadlığına qoyduğu növbəti məhdudiyyət kimi dəyərləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA