Isa Qəmbər: "Hakimiyyət özü-özünü tələyə salıb"

img

20-04-2012 [06:05]


Aprelin 20-də Müsavat Partiyasının qərargahında Mitinqlə bağlı toplantı keçirildi. İctimai Palata Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı çıxışı zamanı bildirdi ki, ötən mitinqin dəyərləndirilməsi kifayət qədər aparılıb: ?Ötən mitinqdə bizim gözlədiyimizdən də çox insan iştirak edirdi. Mitinqə apardığımız monitorinq zamanı məlum oldu ki, 10277 nəfəri insan iştirak edib. ATƏT də iştirakçıların monitorinqini aparan zaman həmin rəqəmi açıqlamışdı. Biz 22 aprel mitinqinin də izdihamlı keçməsini gözləyirik. Amma, biz arxaynlaşmamalı, hazırlıqlarımızı ən yüksək səviyyədə aparmalıyıq?. G.Aslanlı çıxışı zamanı bir sıra təkliflər də səsləndirdi: ?Xüsusi monitoqin qrupu yadılacaq ki, bu da mitinqə gəlmək istəyən insanların avtobuslarda əngəl törədilməsini, avtobusların reysdən çıxarılma hallarını çəksin, sübut kimi saxlasın. Mitinqdə iştirakçıların mühafizə olunması məsələsinə isə ciddi hazırlıq gedir?. Çıxış edən Müsavat başqanı İsa Qəmbər 22 aprel mitinqinin ötən mitinqdən daha da izdihamlı keçiriləcəyini vurğuladı: ?22 aprel mitinqi 8 aprel mitinqdən fərlənməməli daha möhtəşəm keçməli və biz bunu təmin etməliyik. Vaxtımız var və biz istəsək mitinqin iştirakçılarının sayını da çox ciddi şəkildə artıra bilərik. 8 Aprel mitinqi hakimiyyətdə ciddi şəkildə narahatlıq yaradıb. Ölkə başçısı İlham Əliyevin son çıxışı da bunu açıq şəkildə göstərdi. Biz mitinqlərdə sayımızı, iştirakımızı, coşqunu artıra bilsək dəyişikliklər mütləq olacaq. Son olaylar onu göstərdi ki, oyun qaydaları çox ciddi şəkildə dəyişilib. Mən dünən Avropa Birliyi komissarının çıxışını oxudum. O, deyir ki, Azərbaycanın neftinin, qazının olması insan haqlarının pozulmasına əsas ola bilməz. Hakimiyyət özü-özünü tələyə salıb. Çünki ?Eurovision? musiqi yarışmasına görə 2 minə yaxın jurnalist Azərbaycana gələcək. Hakimiyyət ciddi addım atmasa, sürprizlərdən qaça bilməyəcək. Hədəfimiz isə 22 aprel mitinqinin möhtəşəm keçirilməsidir?. İP üzvü Mustafa Hacıbəyli çıxışı zamanı fikir və tövsiyyələrini toplantı iştirakçılarına çatdırdı. Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA