Müxalifət hərəkatı iTV-yə müraciət edəcək

img

09-04-2012 [09:45]


Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Partiyanın mətuat xidmətindən MIA-ya daxil olan məlumata görə, yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub. Yığıncaqda Milli Teleradio Şurasının sədri N.Məhərrəmliyə televiziyalarda Qarabağ problem ilə bağlı dəqiq statistik rəqəmlərldən istifadə olunmasının təmin olunması ilə bağlı müraciət qəbul olunub. İdarə Heyəti ölkədəki siyasi vəziyyəti müzakirə edib və bir neçə mühüm qərar qəbul olunub. İH DCUMH-a efir vaxtı ayrılması ilə bağlı İctimai Televiziyaya müraciət edib. İclasda ?Kür? Vətəndaş cəmiyyətinin sədri Oqtay Gülalıyevin həbsini pisləyib, bu həbsi Kür daşqınları ilə bağlı hökumətin korrupsiyasının aşkarlanması ilə bağlı olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA