Qarabağ blokunun hakimiyyətdən tələbi var

img

19-04-2012 [05:33]


Ümid Partiyasının mərkəzi qərargahında Qarabağ blokunun növbəti toplantısı keçirilib. İclasda qəbul olunmuş qərarların icrası, ölkədəki ictimai?siyasi vəziyyət müzakirə olununb. Bu barədə Blokun mətbuat xidmətindən MİA-ya verilən məlumatda bildirilir. Qərarların icra vəziyyətini qənaətbəxş hesab edən toplantı iştirakçıları, nazirlər kabinetinin son iclasınıda ölkənin sosoal-iqtisadi vəziyyətilə bağlı səslənən fikirlərə münasibət bildirib. İclasda həmçinin Şəmkir korpusunun Toğana kəndində yerləşən hərbi hissədə baş vermiş qanlı olaya, Sabirabad rayonunun Minbaşı kəndinin 4 nəfər sakininin həbsi və 2 aprel məhbuslarının azad edilməməsi məsələsi müzakirə olunub. Nazirlər Kabinetinin son iclasında ölkənin sosial-iqtisadi vəziyyətilə bağlı səslənən rəqəmləri piar adlandıran blok təmsilçiləri bu rəqəmlərin ölkədəki real sosial-iqtisadi vəziyyəti əks etdirmədiyini bildiriblər. Təhsil və səhiyyə işçilərinin orta aylıq əmək haqqının 150 manatdan artıq olmadığını, təqaüdlərin aylıq istehlak zənbilinə uyğun gəlmədiyini, ölkədə aparılan abadlıq işlərinin əsas məqsədinin büdcə vəsaitlərinin mənimsənilməsi olduğunu qeyd edərək hökümətin fəaliyyəti nəticəsində inasanların sosial rifah halının yaxşılşmadığını bildiriblər. Hərbi hissədə baş verən son qanlı hadisənin ilk dəfə olmadığını və Şəmkirdə yerləşən N saylı hərbi hissədə bu tipli hadisələrin bir neçə dəfə təkraralandığını bilirən toplantı iştirakçıları baş verən hadisələrdən təəssüfləndiklərini birdirblər. Bu tipli hadisələrin baş verməsinin əsas səbəblərindən biri kimi orduya ictimai nəzarətin zəif olmasını xüsusi vurğulayıblar. Məsələyə münasibətini bildirən toplantı iştirakçıları 2012 ?ci ilin 4 ayı ərzində hərbi xidmət zamanı 22 əsgərin həlak olduğunu, onlardan 19-nun daxili münaqişələr nəticəsində dünyasını dəyişməsinin çox ağır hal kimi qiymətləndiriblər. Ordudakı problemlərin həllini köklü islahatların aparılmasında görən toplantı iştirakçıları, bununla bağlı Müdafiə Nazirliyinin və əlaqədar orqanların təcili addımlar atmasının zəruriliyini bildiriblər. Blok təmsilçiləri son günlər Sabirabad rayonunda baş verən həbsləri də pisləyərək orada yaranmış problemlərin bu yolla həllinin qeyri mümükün olduğunu bildiriblər. Qarabağ bloku höküməti sel daşqınından əziyyət çəkən insanları həbslə susdurmaq əvəzinə, onların problemlərinin təcili həll etməyə çağırıb. İclasda 2 aprel məhbuslarının həbsdə saxlanmasını ölkəmizdə əsas insan hüquq və azadlıqlarının pozulduğunu və siyasi məhbus probleminin həll edilmədiyinin göstəricisi olduğunu bəyan edərək Qarabağ bloku 2 aprel məhbuslarının azad edilməsi ilə bağlı hakimiyyətə bir daha çağrış edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA