Bu gün nəhənglərin matçı olacaq

img

03-04-2012 [11:53]


Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. İspaniyanın "Barselona" klubu öz meydanında "Milan"ı qəbul edəcək. İtaliyada keçirilən ilk görüşdə hesab açılmadığından cütün taleyinə Kataloniyada aydınlıq gələcək. Növbəti mərhələyə adlamaq üçün bu görüşdə Barselona" qələbə qazanmağa çalışacağı təqdirdə, istənilən məhsuldar heç-heçə də "Milan"ı qane edəcək. Günün digər qarşılaşması isə Almaniyada baş tutacaq. Burada yerli "Bavariya" klubu Fransanın "Marsel" komandasını qəbul edəcək. Səfərdə 2:0 hesabı ilə qələbə qazanan Münhen təmsilçisini bu görüşdə istənilən bərabərlik də razı salacaq. "Marsel" isə ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır. Qeyd edək ki, 1/4 final mərhələsinin növbəti 2 cavab oyunu isə sabah keçiriləcək. Burada "Çelsi" öz meydanında "Benfika"nı, "Real" (Madrid) isə APOEL-i qəbul edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA