Terim Kuperi yenə yıxdı

img

01-04-2012 [05:23]


[center][b]?Qalatasaray? rəqibinə aman vermədi[/b][/center] Spor Toto Süper liqin 33-cü həftəsində lider ?Qalatasaray? öz meydanında məşhur məşqçi Hektor Kuperin baş məşqçisi olduğu ?Orduspor?u evinə əliboş göndərib. ?Türk Telekom Arena?da ?Orduspor?u 2-0 yenən ?Qalatasaray?ın qollarını 8-ci dəqiqədə Necati Atəş, 66-cı dəqiqədə isə Milan Baroşun yerinə meydana daxil olan Sabri Sarıoğlu vurublar. Qələbə sayəsində xalını 74-ə çatdıran lider ən yaxın izləyicisi ?Fənərbaxça?nı pley-off öncəsi 10 xal qabaqlayır. Əgər bu gün ?Fənərbaxça? səfərdə ?Trabzonspor? üzərində qələbə qazana bilməsə, o zaman liderlə aralarındakı 10-a yüksəlmiş xal fərqi qarşıdakı sonuncu tura qədər dəyişməyəcək. Bu yerdə onu da xatırladaq ki, ?Qalatasaray?la ?Orduspor?un dünənki qarşılaşmasına Türkiyə mediyası həm də Fateh Terimlə ? Hektor Kuperin qarşılaşması kimi yanaşıblar. Adıçəkilən məşqçilər vaxtilə İtaliya derbisində qarşılaşıblar. ?Milan?ın sükanı arxasında olan Terim ?İnter?i çalışdıran Kuperlə derbidən 4-2 hesablı qələbə ilə ayrılmışdı. Dünən Türkiyə liqində Yanalın çalışdırdığı ?Əskişəhərspor? ?Kayserispor? qarşısında üstünlüyünü sonadək qoruya bilməyib. İki dəfə önə keçmələrinə baxmayaraq, ?Əskişəhərspor? səfərdə ?Kayserispor?la 2-2 bərabərə qalıb. Matçda qonaq komandada Veysəlin qırmızı kart alması da oyunun nəticəsinə təsir edən əsas amillərdən biri sayılıb. Turun digər qarşılaşması isə ?Sivasspor?la ?İstanbul BŞB? arasında keçirilib. Rəqib komanda səfərdə ?Sivasspor? minimal hesabla (0-1) məğlub etməklə, play-off UEFA Avrupa liqası qrupundakı iddiasını son tura daşıya bilib. ?Gənclərbirliyi? isə liqi tərk etməsi dəqiqləşmiş ?Manisaspor?u darmadağın edib. 3-0-lıq qələbə ?Gənclər?in UEFA Avropa liqasında çıxış etmək şansını xeyli yüksəldib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA