Topal qol vurdu, komandası axsadı

img

30-03-2012 [10:38]


Dünən axşam saatlarında Avropa Liqasınnın 1/4 final mərhələsinin digər maraqla izlənilən qarşılaşmalarından biri, türk əsilli Mehmet Topalın heyətində çıxış etdiyi İspaniyanın "Valensiya" komandası Hollandiyada "AZ Alkmaar"a məğlub olub. Oyuna sürətli başlayan ispanlar qol vuramayınca, ev sahibləri 45-ci dəqiqədə Holmanla hesabda önə çıxıb ? 1:0. İkinci hissəyə bir qədər fəal start verən Mehmet Topalın komandası "AZ Alkmaar"ın qapısına 6 dəqiqə sonra yol tapıb. 51-ci dəqiqədə Mehmet Topal hesaba tarazlıq gətirsə də, 79-da Martensin vurduğu qol ev sahiblərinə qələbə qazandırıb. Qeyd edək ki, bu mərhələnin cavab qarşılaşması aprelin 5-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA