?Qarabağ? Bloku iranın təhdidinə cavab verdi

img

29-03-2012 [05:09]


Bu gün Ümid Partiyasının Mərkəzi qərargahında Qarabağ Blokunun növbəti iclası keçirilib. İclasda qərarların icrası və ölkədəki ictimai- siyasi vəziyyət müzakirə olunub. Eyni zamanda Minsk Qrupunun tərkibinin dəyişdirilməsi haqda səslənən təklif və qrupun fəaliyyəti, Hizbullah Ənsari Təbriz Nümayəndəliyini baş katibi Ruhulla Becaninin ölkəmizi təhdid edən bəyanatı, 8 aprel mitinqi müzakirə olunub. 31 mart Azərbaycanlıların soyqrımı haqda bəyanat qəbul edilib. Minsk Qrupunun tərkibinin dəyişdirilməsi, xüsusilə ermənipərəst mövqeyinə görə Fransanın qrupun tərkibinidən çıxarılması və Minsk Qrupunun fəaliyyətinə yenidən baxılması üçün fəaliyyət göstərilməsinin vacibliyi vurğulanıb. Hizbullahın bəyanatını Azərbaycan dövlətçiliyinə qarşı təhdid kimi qiymətləndirən Qarabağ Bloku bu təhdidə görə İran dövlətinin məsuliyyət daşıdığını qeyd etməklə yanaşı, Azərbaycanın İran ərazizində olan diplomatik korpuslarının qorunmasının Beynəlxalq Konvensiyalara İran dövlətinin üzərinə götürdüyü öhtəlik olduğunu bildirib. Əgər İran öz öhtəliyini yerinə yetirə bilməyəcəksə, Azərbaycan bunun üçün İranda yaşayan soydaşlarımıza müraciət edə bilər. Toplantıda 31 mart Azərbaycanlıların soyqrımı haqda bəyanat qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA