Bahar Muradovaya ?Şöhrət? ordeni verildi

img

16-03-2012 [09:28]


Prezident İlham Əliyev millət vəkili Bahar Muradovaya ?Şöhrət? ordeni verib. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Milli Məclisin sədr müavini Bahar Əvəz qızı Muradova ?Şöhrət? ordeni ilə təltif edilib. Qeyd edək ki, martın 20-də B.Muradovanın ad günüdür. Bahar Muradova 1962-ci il martın 20-də Füzuli rayonunda anadan olub. 1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin Hüquq fakültəsini bitirib. 1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989-92-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-93-cü illərdə ?Qayğı? Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib. 1993-95-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib. 1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 2000-ci ildən partiyanın icra katibinin müavinidir. 2000-2005, 2005-2010-cu illərdə ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu ildə yenidən 84 saylı Füzuli seçki dairəsindən dördüncü çağırış Milli Məclisə deputat seçilib. Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Ailəlidir, bir qızı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA