Bəxtiyar Hacıyevin iddiası yenə təmin olunmadı

img

29-03-2012 [01:39]


Martın 29-da Bakının Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində gənc fəal, Harvard məzunu Bəxtiyar Hacıyevin iddiası ilə bağlı qapalı məhkəmə prosesi keçirilib. Gənc fəalın cəzasının qalan hissəsindən azad olunması ilə bağlı qaldırdığı iddia təmin edilməyib. Bir neçə ay əvvəl Bəxtiyarın cəzasının üçdə bir hissəsindən azad olunması ilə bağlı qaldırdığı iddiası da təmin olunmamışdı. Martın 4-də Bəxtiyar Hacıyevin həbs edilməsinin 1 ili tamam olub. Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib və 2 il azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA