KXCP-dən hökumətə qarzı sərt bəyanat

img

17-03-2012 [02:15]


Klassik Xalq Cəbhəsi Partiyası əmanətlərin qaytarılması ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: ?Uzun illərdir gündəmdə olan və hatta bir neçə ay əvvəl Maliyyə nazirinin ?Qanun olsa-icraatda problem olmayacaq? dediyi məsələ necə oldusa, birdən heç bir qanun qəbul edilmədən ?həlli yolunu tapdı?. Mütəxəssislərin və millət vəkillərinin hətta ən ehtiyatli təklif və layihə variantlarlarından daha yararsız variant gözlənilmədən prezidentin imzası ilə cəmiyyətə təqdim olundu. Həmişə olduğu kimi bu dəfədə vətəndaşın mənafeyi arxa planda qaldı, onlara uzun illər yığdıqları vəsaitin dəyər-dəyməzinə dəyişdirilməsi təklif edilir. İnsanların əlindən alınaraq 20 il həbs edilən əmanətləri qeyri-adekvat, qeyri-bərabər və ədalətsizcəsinə geri qaytarılır. İnsanların çarəsizliyindən istifadə olunaraq onlara seçim hüququ verilmir, mövqeyləri, maraqları, problemləri nəzərə alınmır, etirazları eşidilmir. 20 ildir yubadılan, hər il müzakirə predmetinə çevrilən, milyonlarla insanın səbrsizliklə gözlədiyi, dərdinə çarə kimi ümid etdiyi, əhalinin əksər hissəsinin illər boyu zəhməti hesabına topladığı vəsaitlər yenə də və yenə də dəyərdən salındı, özəlləşdirmə çekləri kimi öz gerçək mahiyyətini itirdi. Vətəndaşların marağı hesabına həll edən inflyasiya problemləri, davamlı artan inzibati xərclər, xidməti maşınlar, tez-tez təkrarlanan təmir-tikinti işləri, ofis tikintiləri və abadlaşdırma tədbirləri ilə büdcənin böyük qismini korrupsiyanın maliyyə qaynaqlarına çevirən hakimiyyətin təklifi sosial ədalət prinsipindən çox uzaq, qarət və talançılıq mahiyyəti daşıyır. O zamankı məzəndəyə görə 10 min rubl orta hesabla 10 min dollar idi. 20 il dövriyyədən çıxarılan vəsaitlərin ən aşağı bank faizləri ilə alıcılıq qabiliyyətinin iki dəfə artacaq dəyərinin məruz qaldığı ziyandan qorunması əvəzinə hakimyyətin verdiyi bu təklif gülünc və təhqiramizdir. 1991-92-ci illərdə 7-8 min rubla 1 otaqlı kooperativ ev (Gənclik-Ayna Sultanova ərazisində), 5-7 min rubla iki otaqlı həyət evi (?Sovetski? ərazisi), təzə markalı avtomobil və s. əldə etmək olardı. Bu gün hakimiyyətin 10 000 rubl qarşılığında təklif etdiyi 1000 manata sadalanların əllidə birini də əldə etmək olmaz. Bu vəsaitləri kimsə bəxş etməyib - öz qazandığımız və illərlə, ən agır maliyyə böhranı və inflyasiya dönəmləri istifadədən çıxarılan halal əmlakımızdır. Bizimlə müqayisədə daha az maliyyə imkanı və iddia edilən kimi, ?analoqu olmayan? inkişafdan kənar qalan keçmiş sovet respublikalarının böyük əksəriyyəti əmanətlərin ödənilməsi prosesinə artıq çoxdan başlayıb. Əmanətlər bir dəfəyə mümkün olmasa belə, bir neçə ildə və müxtəlif üsullarla, amma ədalətli, tam həcmdə və insanların haqları pozulmadan ödənilməlidir.Insanlara geri qaytarılmalı vəsait mahiyyəti və hüquqi statusuna görə dövlətin öz vətəndaşına borcudur, bu borc halallıqla və tam dəyərində ödənilməlidir". KXCP insan haqları pozulan vətəndaşların çox böyük hissəsini - 2 milyona yaxın əhalini əhatə edən bu qərara yenidən baxılmasını, vətəndaşların maraqları mümkün dərəcədə tam təmin edəcək adekvat və ədalətli qərar qəbul edilməsini tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA