BAXCP Ali Məclisinin sessiyası çağırılıb

img

27-03-2012 [01:28]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin müzakirəsinə çıxarılan məsələlərdən biri 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə bağlı olub. Qərara alınıb ki, bu məqsədlə martın 31-də BAXCP-nin mərkəzi mənzil-qərargahında konfrans keçirilsin. Konfransda BAXCP Ali Məclisinin sədri, azərbaycanlılara qarşı həyata keçirilən soyqırım faktları ilə bağlı bir neçə kitabın və elmi işin müəllifi, fəlsəfə doktoru Vaqif Abışov məruzə edəcək. İdarə Heyətinin qərarına əsasən BAXCP Ali Məclisinin növbəti sessiyası aprelin 14-də partiyanın mərkəzi mənzil-qərargahında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA