"Real" xal itirdi, "Atletiko" isə əliboz döndü

img

19-03-2012 [03:51]


İspaniya La Liqasının dünən axşam saatlarında 27-ci turun son oyunları keçirilib. Doğma azarkeşləri önündə "Vilyareal"ı qəbul edən "Levante" turu 3 xalla başa vurub. Suarezin matçın 90-cı dəqiqəsində vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb. Səfərdə "Malyorka"nın qonağı olan və Türkiyə millisinin oyunçusu Arda Turanın çıxış etdiyi "Atletiko" (Madrid) klubu isə meydanı məğlub tərk edib. Rəqibinə 1:2 hesabı ilə uduzan Madrid təmsilçisi turu xalsız başa vurub. "Valensiya" klubu isə böyükhesablı qələbəyə sevinib. Səfərdə "Atletik" (Bilbao) ilə qarşılaşan "yarasalar" rəqibini 3 cavabsız qolla məğlub edib. Madridin "Real" klubu isə bu tur doğma meydanda "Malaqa"nı qəbul edib. Fasiləyə üstün yollanan "Real" matçın sonlarında qələbəni əldən verib. Kazorlunun 90-cı dəqiqədə vurduğu qol qonaqlara 1 xal qazandırıb - 1:1.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA