Prezident Administrasiyası Xədicə ismayılova barədə bəyanat verdi

img

15-03-2012 [04:59]


Prezident Administrasiyası Siyasi təhlil və informasiya şöbəsi Xədicə İsmayılovanın şəxsi həyatına aid videonun yayılması ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanov jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına müdaxiləsini yolverilməz sayır. ?Bir neçə gün öncə Azərbaycan internet məkanında ?Azadlıq? radiosunun Azərbaycan bürosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatına aid video görüntülər yayılıb. Azərbaycan hakimiyyəti göstərdiyi siyasi mövqedən, fikir və düşüncələrindən asılı olmayaraq, istənilən jurnalistin şəxsi həyatına olan müdaxiləni yolverilməz sayır. Vətəndaşların şəxsi həyatının qorunması demokratik cəmiyyətlərdə insan hüquq və azadlıqlarının əsas elementidir. Azərbaycan Respublikasının Konstitusiyası dilindən, dinindən, etnik mənsubiyyətindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hüquq və azadlığını təmin edir, onu şəxsi və ailə həyatına olan qeyri-qanuni müdaxilələrdən qoruyur. Biz bu video görüntünün yayılmasını Azərbaycanda stabilliyi pozmağa cəhd edən, ölkənin beynəlxalq imicinə zərər verməyə çalışan və cəmiyyətdə gərginlik və çaşqınlıq yaratmaq istəyən təxribatçı qüvvələrin təbliğat kampaniyasının bir hissəsi kimi qəbul edirik. Məsələni hal-hazırda araşdıran Azərbaycan Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları bu çirkin əməllərin arxasında dayanan şəxslərin və qüvvələrin üzə çıxarılması və cəzalandırılması üçün əlindən gələni edəcək. Azərbaycan hakimiyyəti Xədicə İsmayılovanın şəxsi həyatına olmuş bu müdaxiləni qəti şəkildə pisləyir və həqiqətin tezliklə üzə çıxacağına inanır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA