iqbal Ağazadə Əli Həsənovu görüzə dəvət etdi

img

02-04-2012 [02:22]


Bu günlərdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifət dəvət edərsə onlarla istənilən mövzunu müzakirə etməyə hazır olması ilə bağlı mövqe ifadə etmişdi. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Əli Həsənovun bu təklifini müsbət qiymətləndirərək, görüşün Azərbaycan ictimai-siyasi mühitində yeni mərhələ aça biləcəyini vurğuladı. ?Buna görə də cənab Əli Həsənovu Ümid Partiyasının Mərkəzi Qərargahında görüşə dəvət edirik. Rəsmi dövlət nümayəndəsinin bir müxalifət partiyasının qərargahında görüşə qatılması olduqca maraqlı və bu günə qədər Azərbaycanın ictimai ? siyasi həyatında rast gəlmədiyimiz hadisə olardı?. Ümid Partiyasının sədri İqbal Ağazadə cənab Əli Həsənovu 5 aprel saat 12.00-da Ümid Partiyasının qərargahında görməkdən və ölkə ictimaiyyətini narahat edən problemləri müzakirə etməkdən məmnun olacağını ifadə etdi. Həmçinin partiya sədri Əli Həsənovun vaxt və yer ilə bağlı fərqli təklifi olarsa onu da qəbul etməyə hazır olduğunu, hətta görüşün Prezident Administrasiyasında keçirilməsinin də mümkünlüyünü vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA