Milli Məclisin üzvü keçmiz silahdazını həbs etdirmək istəyir

img

12-03-2012 [01:13]


Milli Məclisin üzvü, xalq şairi, partiya sədri Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarının (DAK) Bakı nümayəndəliyinin rəhbəri Səftər Rəhimlini həbs etdirmək niyyətində qətidir.Xatırladaq ki, tərəflər arasındakı mübahisəyə səbəb DAK-ın idarə edilməsi ilə bağlıdır. Bir müddət əvvəl Səftər Rəhimli başda olmaqla idarə heyətinin üzvləri toplaşaraq Bakı nümayəndəliyinin rəhbəri postundan deputatı üzaqlaşdıran qərar vermişdilər. Məhz bundan sonra tərəflər arasında mətbuatda ?söz atışması? yaşanıb və bir-birlərinə qarşı kəskin açıqlamalar verərək, təhqir ediblər. Sabir Rüstəmxanlı isə bundan sonra Səftər Rəhimlinin barəsində Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri (şərəf və ləyaqəti ləkələyən məlumatları yaymaq və böhtan) məhkəməyə verib, cəzalandırmaq istəyir. Lakin deputatın Bakının Binəqədi və Nəsimi Rayon məhkəmələrində qaldırdığı xüsusi ittiham qaydasında verdiyi şikayətlər rədd olunub. Hazırda deputat Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayət verib. Bakı Apellyasiya Məhkəməsindən Müstəqil İnformasiya Agentliyinin aldığı xəbərə görə, deputatın şikayəti hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxışa qəbul olunub və martın 16-da ilkin iclas keçiriləcək: ?Sabir Rüstəmxanlı xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtinaya dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2012-ci il tarixli qərarının ləğv edilərək, işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini tələb edir. İş üzrə martın 16-da, saat 10.30-da ilkin baxış vaxtı təyin olunub?. Məsələyə tərəflərdən münasibət öyrənmək mümkün olmayıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA