Sabiq nazir Əli insanov həbsxanada ərəb dilini mükəmməl öyrənib

img

12-03-2012 [11:03]


2005-ci ilin parlament seçkiləri ərəfəsində ölkədə dövlət çevrilişi etməkdə təqsirləndirilsə də, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilən sabiq səhiyyə naziri Əli İnsanov hal-hazırda saxlanıldığı 13 saylı həbsxanada müxtəlif dilləri öyrənməklə məşğuldur. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sabiq nazirin yaxınları tərəfindən məlumat daxil olub. Məlumatda bildirilir ki, İnsanovun səhhəti çox yaxşıdır və o, günün əsas vaxtını mütaliə ilə keçirir: ?Ona gündəlik nəşr olunan qəzetlər, əsasən də müxalifyönlü qəzetlər verilməsə də, istədiyi kitabların böyük əksəriyyətini göndərmişik. Hər 15 gündən bir görüşürük. Əli müəllim artıq ərəb dilini də mükəmməl öyrənib və bildiyimizə görə müqəddəs kitabımız Quranı ərəbcə oxuyub tərcümə edib?. O da bildirilib ki, Əli İnsanov ərəb dili ilə birlikdə 6 əcnəbi dildə danışıb, yazmağı bilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA