MMP?də Quba payon təzkilatının hesabatı dinlənilib

img

06-03-2012 [02:17]


Bu gün Müsair Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin və MMP Quba rayon təşkilatının da iştirakı ilə toplantı keçirilib. Toplantıda ölkədə və dünyada ümumi vəziyyət, təşkilatlanma və cari məsələlər müzakirə olunub. Tədbirdə birinci məsələ ətrafında çıxış edən toplantı iştirakçıları ölkənin ümumi durumunda müəyyən gərginliklərin olduğunu artıq gizlətməyin mümkün olmadığını qeyd ediblər.İddia edilənlərin təsdiqi kimi də Quba hadisələrini misal çəkiblər . Qubada baş verən hadisələrə düzgün siyasi qiymət verib ,qərar qəbul etmək üçün ilk önçə toplantıda iştirak edən MMP Quba rayon təşkilat sədrinin məsələ ilə bağlı çıxışı dinlənilib. Təşkilat sədri bu cür halların rayonda artıq ənənəyə çevrildiyini qeyd edib.Camaatın səbr kasasının dolduğunu qeyd edən təşkilat sədri ,artıq hakimiyyətin olanlardan nəticə çıxarmasının vaxtı çatdığını, əks təqdirdə daha böyük fəlakətlərin baş verə biləcəyini deyib .O,hadisənin hələ tam sovuşmadığını ,Quba camaatının müvəqqəti sakitləşdiyini də əlavə edib. Sonra MMP Quba rayon təşkilatının İH-nin digər üzvlərinin çıxışları dinlənilib. Toplantıda edilən çıxışlar,verilən təkliflər müzakirə edildikdən sonra MMP adından yekun qərar qəbul edilib.Qərarın mahiyyəti bundan ibarətdir: ? Quba rayonunda baş verən hadisələri Azərbaycan cəmiyyətinin fəallaşması kimi dəyərləndirilsin. Baş verən bu hadisələrdən sonra kadr siyasətində mütləq ciddi dəyişikliklər edilsin , İnsanları ağır iqtisadi-sosial vəziyyətdən çıxarmaq üçün hökumət təcili tədbirlər görsün .Həmçinin insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qarşısı alınsn.? MMP ölkədə yaranmış ağır sosial-iqtisadi və siyasi vəziyyətdən çıxış yolu kimi , hələ bu hadisələrdən əvvəl hakimiyyəti vaxt itirmədən, ölkədə sabitliyin qorunub saxlanması üçün , sağlam müxalifətlə siyasi dialoqa başlamağı tövsiyyə etmişdi. Ölkədə hadisələrin inqilaba doğru inkişafının qarşısını almaq üçün kampramisə getməyin artıq vaxtının yetişdiyini qeyd edən MMP-çilər bununla yanaşı siyasi iqtisadi və kadr islahatlarının da həyata keçirməyin məqamının yetişdiyini əlavə ediblər. Sonda MMP Quba rayon təşkilatına bir çox ciddi tapşırıqlar verilib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA