Müqavimət Hərəkatının Məclisi keçiriləcək

img

09-03-2012 [03:46]


Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib. MIA-nın xəbərinə görə, yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub. DCUMH qərarlarının icrası barədə məlumat nəzərə alınıb. DCUMH-un Məclisinin ilk sessiyasının 2012-ci il mart ayının 11-də saat 12.00-da KXCP-nin mənzil qərargahında keçirilməsi haqda qərar qəbul edilib. Məclisin gündəliyinə İdarə Heyəti tərəfindən ölkədəki ictimai-siyasi vəziyyət, Hərəkatın vəzifələrinin müzakirəsi və Məclisin Reqlamentinin qəbulu tövsiyə olunub. DCUMH Qubada hakimiyyətə etiraz edənlərin repressiya olunmasını, təqibini və həbsini qətiyyətlə pisləyir və hakimiyyəti odla oynamamağa çağırır. DCUMH-un İdarə Heyəti Hərəkatın rayon şöbələrinin yaradılması qrafikini təsdiq edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA