Ziyalılar Forumunun növbəti toplantısı keçirilib

img

07-03-2012 [04:03]


Bu gün Ziyalılar Forumunun növbəti toplantısı keçirilib. Bu dəfəki tədbir qadınlara həsr olunub. Tədbirdə Ziyalılar Forumunun üzvləri ilə bərabər, ictimai-siyasi həyatda aktiv qadınlar, partiya təmsilçiləri, hüquq müdafiəçiləri və jurnalistlər iştirak ediblər. Forumun üzvləri qadınların ölkədə baş verən proseslərdə iştirakından, cəmiyyətdə rastlaşdıqları problemlərdən və çətinliklərdən danışıblar. Professor Rafiq Əliyev tədbirdə iştirak edən qadınların timsalında ölkədəki bütün qadınlara uğur və ailə rahatlığı arzulayıb. Ziyalılar Forumunun təsisçilərindən olan Eldar Namazov da qadınları qarşıdan gələn 8 mart- beynəlxalq qadınlar bayramı münasibəti ilə təbrik edib və xoş arzularını çatdırıb. Tədbirdə iştirak edən qadınlar isə qadınların problem və qayğılarından danışıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA