?Radikal müxalifət Quba hadisələrindən istifadə etmək istədi?

img

03-03-2012 [05:31]


Quba rayonunda baş vermiş hadisə ilə bağlı bütün siyasi partiyalar münasbətini açıqlayıb. BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı açıqlamasında qeyd edib ki, sadə qubalıların haqlı etirazlarını ayrı-ayrı təxribatçı qüvvələr tərəfindən dövlətçiliyimizə qarşı istifadə olunmasına yol vermək olmazdı: ?Bu məmur özbaşınalığının göstəricisidir və prezident İlham Əliyevin etimadından sui-istifadə edərək ölkənin ictimai-siyasi həyatında iştirakı olmayan, adi etik qaydalarına əməl etməyə mədəniyyəti çatmayan , siyasi cəhətdən formalaşmamış, təsadüfi şəxslərin yüksək vəzifələrə təyin olunmaları üçün təqdimat verirlər: Bu tip adamın məsuliyyətsiz cıxışı da sonda bu cür hadisəyə gətirib cıxarır və insanların heysiyyatına toxunan məsuliyyətsiz açıqlamalarla çıxış edirlər?. BAXCP sədrinin müavini bildirib ki, Qubada baş verən hadisədən ciddi nəticə cıxarılmalıdır və növbəti təyinatlar zamanı yüksək dövlət vəzifələrinə təqdim olunan şəxslərin siyasi dünyagörüşü, ictimai-siyasi proseslərdə iştirakı və təcrübəsi, təşkilatçılıq və idarəçilik bacarığı ön plana çəkilməlidir: ?Məmurlar və icra başcıları bu hadisədən ciddi nəticə cıxartmalıdırlar. Bu hadisədə Azərbaycanı sevməyən ayrı-ayrı təxribatçı qüvvələr tərəfindən dövlətçiliyimizə qarşı istifadə olunmasına yol verməmək vətəndaşlıq borcumuzdur. Bu hadisədən radikal müxalifət nümayəndələri öz maraqlarına uyğun istifadə etmək istədi və həmin günü sosial şəbəkələrdə hadisəni "xalq üsyanı" kimi təqdim etdi. Amma ehtirasa cıxan sadə qubalıların əllərində prezident İlham Əliyevin plakatlarının tutması və mintiqdə prezidentə dəstək şüarları səsləndirməsi göstərdi ki, bu , sadəcə, icra başcısına qarşı olan bir aksiyadır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA