Rafael Hüseynov Parisə gedir

img

03-03-2012 [04:57]


Azərbaycan Milli Məclisinin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Parisdə keçiriləcək komitə iclaslarında iştirak edəcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, qurumun Mədəniyyət, elm və təhsil komitəsinin toplantısında ?Avropa milli parlamentlərində mədəniyyət və təhsil siyasəti?, ?İnternet və onlayn media vasitəsi ilə məlumat alma azadlığının qorunması? mövzularında məruzələr dinləniləcək. Ali təhsil sistemində idarəçilik, təhsil seçimi üzrə azadlıqlar, Avropa Şurasına üzv dövlətlərdə demokratik seçkilərin keçirilməsinə dair məruzəçilərin təyin olunması məsələləri müzakirə olunacaq. İclasda R.Hüseynov Avropada ali təhsillə bağlı məruzə edəcək. Hüquqi işlər və insan haqları üzrə komitənin iclasında isə siyasi mövqeyə görə hərəkət azadlığının məhdudlaşdırılmasının qəbuledilməzliyi, Ekstradisiya haqqında Avropa Konvensiyasına 4-cü əlavə Protokol haqqında, Şimali Qafqazda məcburi köçkünlərin vəziyyəti, Mərakeş, Fələstin və Qırğızıstan parlamentləri üzrə məruzəçilərin təyin edilməsi barədə məsələlərə baxılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA