Deputatlarımız Brüsselə səfər edəcək

img

03-03-2012 [06:20]


Azərbaycan Milli Məclisinin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti martın 5-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinə qrupun rəhbəri Elxan Süleymanov, deputatlar Fuad Muradov, Zahid Oruc, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Azər Kərimli və Ceyhun Osmanlı daxildirlər. Deputatlar Belçika Parlamentinin Nümayəndələr Palatasında təşkil edilən ?Dağlıq Qarabağ münaqişəsi - hüquqi və humanitar aspektlər?, ?İşğal edilmiş ərazilər, unudulmuş ərazilər? mövzularında müzakirələrdə iştirak edəcəklər. Tədbir 1988-ci ildən indiyədək Azərbaycanın keçdiyi tarixi yolu və Dağlıq Qarabağ regionundakı mövcud humanitar vəziyyəti ictimailəşdirmək, həmçinin Belçikanın siyasi hakimiyyət dairələrinin diqqətini bu vacib məsələyə yönəltmək məqsədi daşıyır. Müzakirələrdə Belçikanın tanınmış siyasətçiləri, rəsmi dövlət adamları və deputatlar iştirak edəcəklər. Tədbirlərdə Azərbaycan reallıqları, Dağlıq Qarabağ həqiqətləri Avropa ictimaiyyətinin diqqətinə çatdıracaq. Səfər çərçivəsində Azərbaycan parlamentarlarının Belçika Parlamenti Nümayəndələr Palatasının sədri Andre Flaho, həmçinin Belçika diplomatiyasının nüfuzlu nümayəndələri ilə görüşləri də nəzərdə tutulur. Səfər martın 8-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA