Bahar Muradova: "Hər zey aydın olacaq"

img

02-03-2012 [10:39]


"Vətəndaşların bu və ya digər məsələlərə, problemlərə, sosial narazılıqlara fikir bildirməsi normal haldır və hər kəsin konstitusion hüququdur". Bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova Qubada baş verən məlum hadisələrlə bağlı jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, dünən Qubada baş verən hadisələri bəzi müxalif dairələrin inqilab və ya üsyan kimi qiymətləndirməsi doğru deyil. B.Muradova hesab edir ki, Quba rayon icra başçısının noyabr ayında olan çıxışının indi yayımlanması müəyyən məqamlardan xəbər verir: "Burada kimin əlinin ola biləcəyini söyləyə bilmərəm. Hüquq-mühafizə orqanları araşdırma aparır. Hər şey bundan sonra aydın olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA