?Dalğa? Gənclər Hərəkatının hakimiyyətdən tələbi var

img

03-03-2012 [02:56]


?Dalğa? Gənclər Hərəkatı Azərbaycan hakimiyyəti qarşısında tələb qoyub. Təşkilat İran hakimiyyətinin burada yaşayan güneyli milli fəallara qarşı da qərəzli məlumatlar yaymasına etirazlarını bildiriblər. "Dalğa" Azərbaycanda yaşayan milli fəal Cavidan Elbars haqqında İran mediasında yazılanlara diqqət çəkiblər: ?Məlumatda bildirilir ki, guya İranın nüvə alimlərinə qarşı terrorçu əməliyyatların həyata keçirilməsində rolu olan Mossadın Bakıdakı casusu"Cavidan" təxəllüsü "Cəfər Xoşzəban"dır və Mossadın Bakıdakı ?casus?una Azərbaycan Respublikasının təhlükəsizlik orqanları tərəfindən hərtərəfli dəstək verilib. İran İslam Respublikası Mossadın iranlı casusunun qaytarılmasını tələb edir?. "Dalğa" Gənclər Hərəkatı İran hakimiyyətinin idarə etdiyi media orqanlarının milli fəal Cavidan Elbarsa qarşı yaydıqları böhtanı İranın azərbaycanlılara qarşı yürütdüyü faşizm siyasətinin r tərkib hissəsi hesab edib: ?Cavidan Elbarsı şəxsən tanıdığımızı üçün bildiririk ki, o Azərbaycan Respublikasında sadəcə sivil formada fəaliyyət göstərir?. Gənclər təşkilatı Azərbaycan hakimiyyətindən və güc strukturlarından tələb edib ki, Azərbaycana pənah gətirən güneyli soydaşlarımızın, o cümlədən Cavidan Elbarsın təhlükəsizliyinin təmin edilməsi istiqamətində lazımı tədbirlər həyata keçirsin və İran rejiminin bu ittihamlarını qarşısını almaq üçün dövlətlərarası münasibətə yenidən baxsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA