ADP-dən Qubadakı hadisəylə bağlı bəyanat

img

01-03-2012 [06:31]


Bu gün ADP Quba rayonunda baş verən hadisələrlə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: ADP Quba rayonunda baş verən hadisələri Azərbaycan cəmiyyətinin sürətlə inqilaba sürüklənməsinin əlaməti kimi dəyərləndirir. ADP belə hesab edir ki, baş verən bu hadisələr iqtidarın yanlış kadr siyasəti, ağır iqtisadi, sosial vəziyyət və fundamental insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının nəticəsidir ki, ölkədə kortəbii etiraz aksiyaları təhlükəli istiqamətdə inkişaf edir. ADP ölkədə yaranmış ağır sosial-iqtisadi və siyasi vəziyyətdən çıxış yolu kimi hakimiyyəti vaxt itirmədən müxalifətlə siyasi dialoqa başlamağa, ölkədə hadisələrin inqilabi ssnera üzrə inkişafının qarşısını almaq üçün siyasi iqtisadi və kadr islahatlarını həyata keçirməyə çağırır. ADP eyni zamanda hakimiyyətdən vəziyyəti gərginləşdirməmək üçün Quba rayonunda baş verən hadisələr zamanı həbs olunanları dərhal azad etməyə və günahkar vəzifəli şəxslərin cəzalandırılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA