?Qarabağ? bloku ?Bakcell?i məhkəməyə verir

img

29-02-2012 [05:32]


Bu gün ?Qarabağ? bloku Ümid Partiyasının mərkəzi qərargahında növbəti toplantısını keçirib. Toplantıda ötən iclasda qəbul olunan qərarların icrası, ölkədəki ictimai-siyasi vəziyyət, blokun məclisinin formalaşdırılması məsələləri müzakirə olunub. İlk öncə Xocalı soyqırımının 20 illiyi ilə bağlı Bakıda və İstanbulda keçirilən yürüşlər, ayrı-ayrı ölkələrdə təşkil olunan tədbirlər təqdir olunub. Toplantıda ?Bakcell? mobil operatorunun hakim Yeni Azərbaycan Partiyası üzvlərinə ayrıca tarif paketi təklif etməsi məsələsi də müzakirə olunub. Qeyd edək ki, ?Bakcell?-in YAP üzvləri üçün təklif etdiyi paketdə aylıq abunə haqqı 55 qəpik, ölkə daxili zənglərin 1 dəqiqəsi 5 qəpik, partiya üzvləri arasında danışığın qiyməti isə 2 qəpikdir. Digər abonentlər üçün isə standart paketdə bir dəqiqə danışığın qiyməti 8 qəpikdir. Bu məsələni müzakirəsi zamanı çıxış edənlər bildiriblər ki, Konstitusiyada vətəndaşların hüquq bərabərliyi qeyd olunub. Bir şirkət xüsusi güzəştləri yalnız xüsusi imtiyazları olan əlillər və sairə üçün edə bilər, xeyriyyə məqsədli kampaniya həyata keçirə bilər. Bu, dövlətin qanunlarını tapdalamaq və YAP-ın hakim mövqeyindən sui-istifadə edərək biznesini genişləndirməkdir. Və bununla dərhal hüquq-mühafizə orqanları, Vergilər Nazirliyi məşğul olmalıdır. Respublika Prokurorluğu araşdırmalıdır ki, şirkət hansı əsasla güzəştə gedir, vətəndaşlara qarşı ayrı-seçkilik edir. Qərara alınıb ki, blokun hüquqşünasları bu məsələni ətraflı araşdırsın və bununla bağlı siyasi mənsubiyyətinə görə vətəndaşlar arasında ayrı-seçkilik qoyduğuna ?Bakcell? şirkəti məhkəməyə verilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA