BAGT media və jurnalistlərə basqını pisləyir

img

23-01-2012 [02:23]


Bütöv Azərbaycan Gənclər Təşkilatı (BAGT) son zamanlar media və jurnalistlərə basqını pisləyir. ?Azərbaycan hakimiyyəti hər zaman olduğu kimi bu dəfə də azad mediaya basqı edir və bu da azad medianının susdurulması və ifadə azadlığının pozulmasıdır?. Bu barədə BAGT mətbuat xidmətindən mia.az-a daxil olan məlumatda bildirilir. BAGT Azərbaycanın aparıcı qəzeti olan ?Yeni Müsavat? qəzetini bir cox məmurların məhkəməyə verməsi və cərimə tələb etməsini pisləyən bəyanat verib. Bəyanatda deyilir: ?Hüquqi və demokratik dövlətdə mətbuat-hakimiyyət münasibətləri qanunla tənzimlənməli və ictimai mənafelərin müdafiəsi missiyasını həyəta keçirən jurnalistlərin fəaliyyət azadlığı meyarından irəli gəlməlidir. Müstəqil mətbuata qarşı növbəti özbaşınalıq hakimiyyətin hər an istinad etdiyi qanunun aliliyi prinsipinə həqarətdir. BAGT olaraq ?Yeni Müsavat? qəzetinə edilən basqıları Azad sözə, Azad mətbuatın susdurulmasına atılan addım kimi qiymətləndiririk və ölkənin aparıcı kütləvi informasiya vastəsi olan bu cür qəzetlərə qarşı aparılan ?qara piarı? pislədiymizi bəyan edirik...? ?Bütöv Azərbaycan Gənclər Təşkilatı (BAGT) olaraq bu cür biabırçı olayları azad mətbuata növbəti repressiya kimi dəyərləndiririk?, - deyə bildirilir. Qeyd edək ki, ?Yeni Müsavat? qəzeti barədə yüksək vəzifə tutan bir sıra məmurlar, o cümlədən Müdafiə Nazirliyinin generalları məhkəmə iddiası qaldırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR