Mehman Əliyev və Oqtay Güləliyev həbs edildi

img

07-01-2012 [01:18]


Sabirabadda seldən zərərçəkən kəndlərin sakinləri ilə ?Kür? vətəndaş qərargahı nümayəndələri arasındakı görüşə imkan verilməyib. Rayonun icra başçısı Nazim İsmayılovun göstərişi əsasında yerli polis tədbirə müdaxilə edib. ?Kür? qərargah üzvləri ilə görüşə gələrkən daşqınlardan əziyyət çəkənlər arasında bir neçəsi polis tərəfindən saxlanılıb. Bu barədə musavat.com-a ?Kür? qərargahının koordinatoru Oqtay Güləliyev məlumat verib. Onun sözlərinə görə, rayonda gərginlik var, görüşün keçiriləcəyi ?Şam? istirahət mərkəzi qurumla bağlanmış müqaviləni pozub. Tədbir baş tutmayıb. Rayon polis nəzarətindədir, sel qurbanları isə onlara kompensasiyaların ədalətli paylanmamasından, uçmuş evlərin bərpa olunmamasından narazıdır. O.Güləliyev bildirdi ki, tədbirin keçirilməsi üçün hazırda rayon rəhbərliyi ilə danışıqlar gedir. Aıdığımız son məlumata görə, Oqtay Gülalıyev və "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev də saxlanılanlar arasındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR