Qəbul imtahanları: qeydiyyat prosesi başlayıb

img

18-02-2026 [09:05]


Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün (ərizə qəbulunun I mərhələsi) qeydiyyat prosesi başlayır.

Mia.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2026-cı il ərzində keçiriləcək imtahanlar və qeydiyyat (cədvəldə göy rəngdə verilib) tarixləri haqqında məlumat cədvəlində öz əksini tapıb.

Qeydiyyat prosesi martın 5-dək davam edəcək.

Bundan əlavə, əvvəlki illərin məzunları üçün I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı aprelin 19-da keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA