Ədalət Partiyası professorun müdafiəsinə qalxdı

img

11-11-2011 [05:21]


Ədalət Partiyası Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsindən çıxarılması ilə bağlı mövqe bildirib. Partiyanın yaydığı bəyanatda deyilir ki, ?Azərbaycan tarixən özünün maarifpərvər ziyalıları, elm xadimləri, mütəfəkkirləri ilə bütün dünyada tanınıb. Zamanında bu görkəmli şəxsləri hakimiyyətlər təqib etsələr də, onları indi də əldə etdikləri nailiyyətlərə görə, nəinki Respublikamızda, hətta bütün dünyada xatırlamaqdadırlar. Dünyanın böyük alimlərinin qəbul etdiyi uğurlara imza atmış Rafiq Əliyevin ?rəhbərlik etdiyi kafedrada qeyri-işgüzar mühit yaratması? ittihamı ilə işdən azad olunması ADNA-da təhsilin müasir standartlara kifayət qədər cavab vermədiyini göstərir. Bu təhsil ocağının rəhbərlərinin yeni idarəetmə, yanaşma, yaradıcılıq və iş prinsiplərinin tətbiqinin əleyhinə olduğunu sübut edir və bu qərar müasirliklə ? köhnəliyin, yeniliklə-təkrarçılığın mübarizəsinin nəticəsidir. Ədalət Partiyası bəyan edir ki, Rafiq Əliyev və onun kimi şəxslər Azərbaycanın heç nə ilə müqayisə və əvəz oluna bilməyən milli sərvətidir və onlar lazımi səviyyədə qorunmalı və müdafiə edilməlidir. Ədalət Partiyası, eyni zamanda, hesab edir ki, ADNA rəhbərliyinin dünya miqyaslı alim Rafiq Əliyevi işdən çıxarması barədə qərarı Azərbaycan hakimiyyətinin beynəlxalq səviyyədə ciddi tənqidlərlə üzləşməsinə səbəb olacaq. Çünki müasir qloballaşan dünyada görkəmli şəxslər-alimlər bir millətə və dövlətə mənsub şəxslər hesab olunmur, onlar bütün millətlərin ümumi sərvəti sayılır. Ədalət Partiyası Azərbaycan iqtidarının məsul şəxslərini bu məsələyə təcili reaksiya verməyə, dünya şöhrətli alim Rafiq Əliyevi işə bərpa etməyə və ona qarşı haqsızlığa son qoymağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA